BAKI, 13 oktyabr. TELEQRAF
Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Teleqraf xəbər verir ki, D qrupunda yer alan Ayxan Abbasovun rəhbərlik etdiyi komanda Polşada Ukrayna yığması ilə qarşılaşacaq.
"Krakoviya" stadionunda, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək görüşü avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edəcək.
Qeyd edək ki, Ukrayna seçməsi 4 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Fransa 9 xalla lider, İslandiya isə 3 xalla üçüncüdür. Azərbaycan millisinin bir xalı var.