Reyting.az saytından alınan məlumata görə, ain.az bildirir.
Dünyanın texnologiya nəhəngləri sayılan şirkətlər 770 milyard dollar itiriblər. Bu, ABŞ prezidenti Donald Trampın bəyanatından sonra baş verib.Reyting.az-ın məlumatına görə, Tramp Çinə qarşı əlavə 100 faiz gömrük rüsumunun və kritik proqram təminatına ixrac nəzarətinin tətbiq ediləcəyini dedikdən sonra nəhəng texnoloji şirkətlər təxminən 770 milyard dollar itirməklə, fəaliyyətləri dövründə ən böyük ziyanla üzləşiblər. Hətta bəzi şirkətlər ABŞ liderindən şikayətləniblər: "Tramp sanki bizi çökdürmək üçün belə təhlükəli bəyanatlar verir". Trampın bəyanatından sonra Amerikanın "Amazon", "Nvidia" və "Tesla" kimi böyük şirkətlərinin səhmləri çox sürətlə, təxminən 5 faiz ucuzlaşıb. Üstəlik, "Nasdaq" indeksi 3,6 faiz, "S&P 500" isə 2,7 faiz azalıb. Ümumi statistikaya görə, bu, 2025-ci ilin aprelindən bəri ən pis göstəricidir. "Nvidia" şirkəti 229 milyard, "Microsoft" 85 milyard, "Amazon" 121 milyard dollar, "Tesla" şirkəti 71 milyard dollar itirib.Son məlumatlara görə, D. Trampın bəyanatından sonra kriptobazar da çöküb. Artıq bitkoinin qiyməti bir sutka ərzində 8,4 faiz ucuzlaşıb, ABŞ-nın bitkoin ehtiyatlarının dəyəri kəskin şəkildə aşağı düşüb.Oqtay QORÇU
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.