EN

Fransada yeni hökumət quruldu, lakin siyasi sabitlik sual altındadır

Lekornü kabinetinə etimadsızlıq səsverməsi təklif ediləcək...

Poliqon xəbər verir ki, Fransada yeni formalaşmış hökumətdə bir sıra gözlənilməz təyinatlar yer alıb. Daxili işlər naziri postuna əvvəlki nazir Bryuno Retayonu əvəz edən Loran Nunes gətirilib. O, bundan əvvəl Paris polisinin rəisi vəzifəsini icra edirdi. Bununla yanaşı, bəzi əsas fiqurlar vəzifələrində qalıb. Jan-Noel Barro Xarici İşlər Nazirliyində, Rolan Leskyür isə Maliyyə Nazirliyində fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, ilk Lekornü hökuməti Bryuno Retayonun Bryuno Le Mərin Müdafiə naziri postuna təyin edilməsinə qarşı çıxması səbəbindən dağılmışdı. Yeni kabinetdə hər iki siyasətçi yer almayıb.

Analitiklər bildirirlər ki, ikinci Lekornü hökumətinin sabit fəaliyyəti də ciddi şübhə doğurur. Məlumata görə, həm ultrasol (radikal sol), həm də ultrasağ partiyalar hökumətə qarşı etimadsızlıq səsverməsini dərhal gündəliyə çıxarmaq niyyətindədirlər.

Mötədil sol partiyalar baş nazirə pensiya yaşının 64-ə qaldırılmasını nəzərdə tutan islahatı dayandırmaq tələbi irəli sürür. Əksinə, sağ mərkəzçi qüvvələr hökumətdən bu islahatı ləngitməməyi tələb edir. Lekornü bu qarşılıqlı zidd tələbləri yerinə yetirmədiyi təqdirdə, həm sol, həm də sağ müxalifət etimadsızlıq səsverməsini dəstəkləmək niyyətindədir.

BBC-nin məlumatına əsasən, belə ssenari baş verərsə, etimadsızlıq səsverməsi parlamentdə çoxluq qazanacaq və hökmət istefaya göndəriləcək. Bu isə Fransada növbəti siyasi böhranın başlanğıcı ola bilər.

Poliqon.info

Chosen
17
poliqon.info

1Sources