Azərbaycan milli komandasının futbolçusu Elvin Cəfərquliyev DÇ-2026-nın seçmə mərhələsində sabah keçiriləcək Ukrayna ilə oyun öncəsi mətbuat konfransında fikirlərini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, o, uğurlu nəticə qazanmaq üçün maksimum çalışacaqlarını bildirib:
“Matça hazırlaşmağa çox da vaxtımız olmadı, amma meydana çıxıb əlimizdən gələni edəcəyik. Önəmlisi psixoloji baxımdan yaxşı vəziyyətdə olmaqdır. Fransa ilə matçda çox enerji sərf etdik, uşaqlar sonadək mübarizə apardılar. Düşünürəm ki, Ukrayna ilə oyunda daha çox yorulacağıq. Ağıllı və inamlı olmalıyıq. Qrupumuz çətindir, amma sabah əldə edəcəyimiz xal mövqeyimizi dəyişə bilər.”
Qeyd edək ki, Ukrayna-Azərbaycan oyunu oktyabrın 13-də Polşanın Krakov şəhər stadionunda keçiriləcək.