EN

Vlahoviç Bundesliqada çıxış edə bilər

“Yuventus”un hücumçusu Duşan Vlahoviç karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bavariya” serbiyalı forvardı transfer siyahısına daxil edib.

Mənbənin məlumatına görə, Münhen klubunun nümayəndələri Vlahoviçin “qoca sinyora”dakı vəziyyətini yaxından izləyir.

Əgər Turin təmsilçisi onunla yeni müqavilə imzalamasa, “Bavariya” növbəti yayda 25 yaşlı hücumçunu azad agent kimi heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, Duşan Vlahoviç cari mövsümdə A Seriyasında keçirdiyi 6 oyunda 2 qolla yadda qalıb.

Günün canlı yayımlanacaq oyunları

Türkiyə yığmasının qapıçısı komandanı tərk edib

Türkiyə millisində ciddi itki

"Kayserispor" yeni baş məşqçisini açıqlayıb

Serbiya millisinin baş məşqçisi istefa verib

Chosen
17
2
apasport.az

3Sources