Türkiyə parlamentində təmsil olunan partiyaların nümayəndələrindən ibarət 5 nəfər özünü buraxan PKK terrorçularının rəhbəri Abdullah Öcalanla görüşəcək.
Modern.az xəbər verir ki, bu barədə DEM Partiyasının üzvü, İmralı heyətinin təmsilçisi Pərvin Buldan bildirib.
O, parlamentdə təmsil olunan partiyalardan ibarət beş nəfərlik nümayəndə heyətinin İmralı adasına səfərinin planlaşdırıldığını açıqlayıb.
Buldan bu barÉ™dÉ™ 11 oktyabrda “Medya Haber TV”yÉ™ verdiyi müsahibÉ™sindÉ™ mÉ™lumat verib. O bildirib ki, sÉ™fÉ™rdÉ™ hansı partiyaların iÅŸtirak edÉ™cÉ™yi hÉ™lÉ™ tam bÉ™lli deyil:
“ParlamentdÉ™ qrupu olmayanlar gedÉ™cÉ™kmi, getmÉ™yÉ™cÉ™kmi? Bu barÉ™dÉ™ hÉ™lÉ™lik dÉ™qiq mÉ™lumat yoxdur”, – deyÉ™ Buldan qeyd edib.
O, həmçinin Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun İmralı adasına getməyəcəyini də vurğulayıb.
Buldanın bu açıqlamasına hökumət tərəfindən hələlik rəsmi cavab verilməyib.