EN

Sergey Rebrov: "Azərbaycanla oyunun ilk dəqiqələrindən gücümüzü göstərəcəyik"

“Futbolçular diqqətlərini cəmləyiblər və bu oyunun əhəmiyyətini başa düşürlər. Onlar maksimumlarını göstərməlidirlər”.

İdman.Biz xəbər verir ki, bunu Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis qarşılaşmaya hazır olduqlarını bildirib: "Oyunun ilk dəqiqələrindən gücümüzü göstərməyə çalışacağıq. Xallar bizə rəqibdən daha çox lazımdır. Bakıdakı ilk matç tam fərqli idi. Meydança bizə ciddi şəkildə mane oldu. Bundan əlavə, bir çox futbolçu üçün millidə ilk matç idi. Ola bilər ki, buna görə həyəcan da oldu. Amma indi vəziyyət fərqlidir. Əminəm ki, uşaqlar, xüsusən də İslandiya ilə matçdan sonra daha inamlı çıxış edəcəklər. Biz artıq keçmişdə sübut etmişik ki, ikinci oyunda da keyfiyyətli oynaya bilirik".

Qeyd edək ki, Polşanın Krakov şəhərində keçiriləcək Ukrayna-Azərbaycan oyunu sabah, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

İdman.Biz

Chosen
6
7
idman.biz

10Sources