EN

Millimizin 4 üzvü fəxri kürsüdə - FOTO

Qazaxıstanın Aktau şəhərində keçirilən Açıq Asiya Turniri başa çatıb.

Teleqraf xəbər verir ki, son yarış günündə milli komandamızın daha 4 üzvü fəxri kürsüyə qalxıb.

70 kq çəki dərəcəsində çıxış edən qadınlar arasında yarışın finalı Azərbaycan derbisi ilə əlamətdar olub. Südabə Ağayeva qızıl, Aytac Qardaşxanlı gümüş medalı boynundan asıb.

-78 kq çəki dərəcəsində çıxış edən Günel Həsənli də gümüş medala layiq görülüb. Kişilərin mübarizəsində Elmar Qasımov (-100 kq) bürünc medal əldə edib.

Qeyd edək ki, ötən gün Tofiq Məmmədov (-60 kq), Gültac Məmmədəliyeva (-52 kq) qızıl, Hüseyn Allahyarov (-60 kq), Ülviyyə Bayramova (-57 kq) gümüş, Elşən Əsədov (-66 kq) və İbrahim Əliyev (-73 kq) bürünc medalla yadda qalıblar.

Yekunda 3 qızıl, 4 gümüş və 3 bürünc olmaqla 10 medal qazanan Azərbaycan ümumi komanda hesabında üçüncü yeri tutub.

Chosen
10
6
teleqraf.com

7Sources