EN

Bakıda meydança bizə ciddi şəkildə mane oldu” – Sergey Rebrov

Sabah DÇ-2026-nın seçmə mərhələsində Ukrayna-Azərbaycan oyunu keçiriləcək. Msport.az xəbər verir ki, matçdan öncə ukraynalıların baş məşqçisi Sergey Rebrov mətbuat konfransı keçirib.

51 yaşlı mütəxəssis Bakıda 1:1 hesablı heç-heçə etdikləri görüşdə stadionun ot örtüyünün onlara mane olduğunu bildirib:

“Oyunun ilk dəqiqələrindən gücümüzü göstərməyə çalışacağıq. Xallar bizə rəqibdən daha çox lazımdır. Bakıdakı ilk matç tam fərqli idi. Meydança bizə ciddi şəkildə mane oldu. Bundan əlavə, bir çox futbolçu üçün millidə ilk matç idi. Ola bilər ki, buna görə həyəcan da oldu. Amma indi vəziyyət fərqlidir. Əminəm ki, uşaqlar, xüsusən də İslandiya ilə matçdan sonra daha inamlı çıxış edəcəklər. Biz artıq keçmişdə sübut etmişik ki, ikinci oyunda da keyfiyyətli oynaya bilirik. Futbolçular diqqətlərini cəmləyiblər və bu oyunun əhəmiyyətini başa düşürlər. Onlar maksimumlarını göstərməlidirlər.”

Qeyd edək ki, sabah Krakov şəhərində keçiriləcək Ukrayna – Azərbaycan qarşılaşması bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Chosen
6
7
msport.az

10Sources