EN

Hansı mövsümdə ev tikmək üçün torpaq almaq sərfəlidir?

Hər il payız-qış mövsümündə torpağa tələbat azalır. Bu da paralel olaraq qiymətə təsir edir.

Əmlak məsələləri üzrə ekspertlər hesab edirlər ki, buna əsas səbəb payız-qış mövsümündə yağış və qarın tikintinin kefiyyətinə təsir etməsidir. Nəticədə də topaq bazarında durğunluq yaşanır.

Ekspert Elnur Fərzəliyev deyib ki, mövsümi enmə bazar qanunauyğunluğudur. Alıcılar daha çox yaz və yay aylarında aktivləşirlər. Amma fərdi yaşayış evi tikmək istəyənlər üçün payız və qış aylarında torpaq almaq daha sərfəlidir. Buna görə də, bu dövrdə torpaq alqı-satqısı zəifləyir və qiymətlərdə enmə müşahidə edilir.

Mütəxəssislər hesab edirlər ki, torpağı bu mövsümdə alıb, yaz-yay aylarında tikintiyə başlamaq ən ideal üsuldur.

Chosen
9
7
banker.az

8Sources