Demokrat.az Xəzər TV-yə istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspertlər bunu əsasən hava şəraitinin tikintinin keyfiyyətinə təsiri ilə əlaqələndirirlər. Belə ki, payız və qış aylarında yağan yağış və qar səbəbindən tikinti işləri çətinləşir, nəticədə, torpağa olan tələbat azalır.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, mövsümi enmə bazar qanunauyğunluğudur. Onun sözlərinə görə, alıcılar daha çox yaz və yay aylarında aktivləşirlər. Lakin fərdi yaşayış evi tikmək istəyənlər üçün payız və qış aylarında torpaq almaq daha sərfəlidir.
"Bu dövrdə torpaq alqı-satqısı zəifləyir, nəticədə, qiymətlərdə müəyyən enmə müşahidə olunur", - deyə ekspert qeyd edib.
Mütəxəssislər hesab edirlər ki, torpağı məhz payız-qış mövsümündə alıb, yaz-yay aylarında tikintiyə başlamaq ən ideal üsuldur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
8Mənbələr
-
qaynarinfo.azEv tikmək üçün payız qış mövsümündə torpaq almaq daha sərfəlidir (VİDEO) ( 22317439)
-
demokrat.azFərdi yaşayış evi tikmək istəyənlərin NƏZƏRİNƏ — VİDEO ( 22317409)
-
publika.azFərdi yaşayış evi tikmək istəyənlərin nəzərinə! ( 22317205)
-
bizim.mediaFərdi yaşayış evi tikmək istəyənlərin NƏZƏRİNƏ - VİDEO ( 22316788)
-
yenisabah.azEv tikmək istəyənlərin NƏZƏRİNƏ ( 22316560)
-
banker.azHansı mövsümdə ev tikmək üçün torpaq almaq sərfəlidir? ( 22316467)
-
oxu.azFərdi yaşayış evi tikmək istəyənlərin NƏZƏRİNƏ ( 22316404)
-
xezerxeber.azEv tikmək üçün payız-qış mövsümündə torpaq almaq daha sərfəlidirVİDEO ( 22315102)