EN

Elxan Abdullayev: “Daşkənd toplanışından razı qaldım”

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Elxan Abdullayev Özbəkistan toplanışını dəyərləndirib.

Arena.az xəbər verir ki, o, Daşkənd şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində yerli komanda ilə keçirilən ikinci yoxlama oyunundan (1:3) sonra AFFA-nın mətbuat xidmətinə açıqlama verib.

Elxan Abdullayev həm toplanış, həm də keçirdikləri iki yoxlama oyunu barədə bunları söyləyib:

“Güclü rəqibə qarşı iki oyun keçirdik. Birinci görüşdə dominantlıq rəqibdə idi. Fərdi ustalıqda bizi qabaqlayırdılar. Buna baxmayaraq, futbolçularımız xarakter göstərdilər, sona qədər döyüşdülər və nəticədə 0:0 hesablı heç-heçə etdik. Məğlub olmağımıza baxmayaraq, komandamız ikinci matçı daha yaxşı keçirdi. Heyətdə rotasiyalar etmişdik, yeni oyunçulara şans verdik. Erkən qolla da hesabı açdıq. Lakin Özbəkistan yığmasının daha keyfiyyətli oyunçulara sahib olması yekunda həlledici rol oynadı. Uduzsaq da, yaradılan qol vəziyyətlərində rəqibi üstələyirdik. Ümumilikdə toplanışdan razı qaldım. Təbii ki, çatışmazlıqlarımız var. Bunların üzərində çalışacağıq”.

Xatırladaq ki, bu komandalar arasında oktyabrın 9-da keçirilmiş ilk matçda 0:0 hesablı heç-heçə qeydə alınmışdı.

error: Məzmun qorunur!
Chosen
27
arena.az

1Sources