Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AmerikaBirləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir ƏrəbRespublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə YaxınŞərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də Misirəişgüzar səfərə gəlib.
Trend xəbər verir ki, ŞarmƏl-Şeyx şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısınınşərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini Misirin gənclər və idman naziri ƏşrəfSubhi və digər rəsmi şəxslər qarşıladılar.