EN

Luis Suares 600-cü qolunu vurdu

"İnter Mayami"nin uruqvaylı hücumçusu Luis Suares karyerasında 600-cü qolu vurub.

Bakıvaxtı.az xəbər verir ki, bu, MLS-də “Atlanta Yunayted”lə oyunda (4:0) qeydə alınıb.

38 yaşlı forvard rəqib qapısına matçın 61-ci dəqiqəsində yol tapıb. Bu, Suaresin Mayami təmsilçisinin heyətində 42-ci qolu olub. O, "Barselona"da 198, "Ayaks"da 111, "Liverpul"da 82, Uruqvay millisində 69, "Atletiko"da 34, "Qremio"da 29, "Nasional"da 20, "Qroningen"də 15 qol vurub.

Chosen
19
8
bakivaxti.az

9Sources