Türkiyə milli komandasının heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, İrfan Can Kahveci sıradan çıxıb. Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
"Fənərbaxça"nın futbolçusu DÇ-2026-nın seçmə mərhələsinin Bolqarıstanla matçında (6:1) sağ ayaq biləyindən zədələnib. 30 yaşlı vinger müalicə olunmaq üçün klubunun düşərgəsinə qayıdıb.
Qeyd edəkk ki, Türkiyə yığması 14 oktyabr tarixində öz meydanında Gürcüstanla qarşılaşacaq.
saytlarin hazirlanmasi