EN

Şahbaz Şərif Əfqanıstanın hər bir təxribatına qəti cavab veriləcəyini bəyan edib

Pakistanın Baş naziri Şahbaz Şərif Əfqanıstanla sərhəd bölgələrində baş verən təxribatçı fəaliyyətləri kəskin şəkildə pisləyib.

Day.Az-ın məlumatına görə, Şahbaz Şərif qeyd edib ki, Pakistan Ordusu Əfqanıstan tərəfinin təxribatlarına sərt cavab verib, bir neçə əfqan hərbi postunu məhv edərək onları geri çəkilməyə məcbur edib.

 

Baş nazir vurğulayıb ki, Pakistan hər bir təxribata qətiyyətlə və təsirli şəkildə reaksiya verəcək.

Xatırladaq ki, oktyabrın 11-də Əfqanıstan silahlı dəstələri Pakistan sərhəd mövqelərinə hücum həyata keçiriblər.

Chosen
47
27
day.az

10Sources