EN

Uşaqlarda empatiya və məsuliyyəti artırır RƏY

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Multisinif modeli ucqar kəndlərdə təhsil problemini həll edə bilər

Yardımlı rayonu Şıxlar kənd Mehman Zamanov adına ümumtəhsil məktəbində X sinfin bağlanması şagirdlərin narazılığına səbəb olub. Bu barədə Oxu.Az-a sözügedən məktəbin şagirdləri şikayət ünvanlayıblar. Onlar bildiriblər ki, hazırda təhsillərini davam etdirmələri üçün qonşu kəndin məktəbinə göndərirlər, lakin ora yaşadıqları ərazidən çox uzaqdır deyə gedə bilmirlər: "Biz X sinifdə oxuyuruq. Sinfimizdə 4 şagirdik. Bir şagird də Gölyeri kəndindən gələcəkdi, lakin onun valideyni qeydiyyat vaxtını gecikdirdiyi üçün sistemdə 4 şagird olaraq qaldıq, beləliklə bizim sinif bağlandı. Bizə bildirildi ki, qonşu məktəblərdən birinə gedək. Heç bir məktəbə gedə bilmirik, çünki qonşu kəndlərdəki məktəblər olduqca uzaqdır, yolları yoxdur, payız-qış aylarında isə o məktəblərdən hər hansı birinə getməyimiz ümumiyyətlə mümkün deyil. Bu səbəblərdən yalnız öz məktəbimizdə təhsilimizi davam etdirmək istəyirik. Xahiş edirik ki, Yardımlı rayon Şıxlar kənd M.Zamanov adına tam orta məktəbinin X sinfi bərpa olunsun ki, biz təhsilimizi davam etdirək. Əks halda biz heç bir qonşu məktəbə gedə bilmərik və təhsilimizin yarımçıq qalması bizim gələcəyimizin məhv olması deməkdir". Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məktəbdə X sinifdə cəmi 4 şagird olduğundan sinfin açılması normativ tələblərə cavab vermir: "Yardımlı rayonu Şıxlar kənd M.T.Zamanov adına tam orta ümumtəhsil məktəbində X sinfin açılmaması ilə bağlı ünvanladığınız sorğuya cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununun və "Ümumi təhsil haqqında" Qanunlarının müvafiq maddələrinə əsasən yalnız ibtidai və ümumi orta təhsil səviyyələri üzrə məktəblərin azkomplektli formada fəaliyyətinə yol verilir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları"na əsasən, tam orta siniflərin təşkili üçün minimum şagird sayı təmin olunmalıdır. Şıxlar kənd məktəbində X sinifdə cəmi 4 şagird olduğundan sinfin açılması normativ tələblərə cavab vermir. Sözügedən məsələ ilə bağlı valideynlərlə görüş təşkil olunub və müraciətləri rəsmi olaraq mövcud qaydalar izah edilməklə cavablandırılıb. Şagirdlərin təhsil hüququnun təmin olunması məqsədilə onların qonşu məktəblərdə təhsillərini davam etdirmələri tövsiyə edilib".

Şagirdlərin təhsil almaq hüququnun bərpası başqa cür həllini tapa bilməzmi? Görünən budur ki, şagirdlərin məsafəcə uzaq məktəbə getmələri xeyli çətindir. Yəni onlar üçün öz məktəblərində tədris təşkil etmək mümkünsüzdür? Qeyd edək ki, orta ümumtəhsil məktəblərində  siniflərin bəzi hallarda birləşdirilməsi təcrübə və ənənəsi mövcuddur. Bəzən hansısa məktəbdə ibtidai siniflər, 1 və 2-ci, yaxud 1 və 4-cü siniflər eyni qrupda dərs keçir. Bəs bu halda müəllim həm I, həm də II və ya III sinif şagirdlərinə eyni vaxtda necə dərs keçir? 

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Sherg.az-a açıqlamasında qeyd etdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 22 iyun tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nın 4-cü bəndinə əsasən, ibtidai təhsil səviyyəsində bir sinifdə şagird sayı 10 nəfərdən az olduqda, həmin sinif eyni səviyyənin digər, şagird sayı 10 nəfərdən az olan sinfi ilə birləşdirilərək komplekt sinif təşkil edilir. Komplekt siniflərdə şagird sayı 18 nəfərdən çox olmamalıdır. Bu proses zamanı sinif müəllimlərinə aidiyyəti üzrə metodiki dəstək göstərilir: 

Chosen
6
sherg.az

1Sources