EN

“İspaniya sanki başqa planetin komandasıdır” – Gürcüstanın baş məşqçisi

Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol DÇ-2026-nın seçmə mərhələsində İspaniyaya məğlubiyyəti (0:2) şərh edib. Msport.az xəbər verir ki, fransalı mütəxəssis çox güclü olduğunu bildirib:

“Danışılacaq çox şey yoxdur. İspaniya sanki başqa planetin komandasıdır. Çalışıb bütün gücümüzü qoya bilərik, lakin İspaniya bu səviyyədə oyun göstərəndə bizim şansımız olmur. Etiraf etmək lazımdır ki, onlar tamamilə fərqli futbol oynayırlar. Çox yüksək keyfiyyətli futbol. 0:2 hesabına görə, bizim hələ bəxtimiz gərirdi”.

İspaniya 9 xalla E qrupunun lideridir. Gürcüstan 3 xalla 3-cü pillədədir.

 

Chosen
5
msport.az

1Sources