EN

ABŞ-də onlara pul paylanacaq

Kaliforniya qubernatoru Gavin Nyusom, Amerikadakı qaradərili qulların nəsilləri üçün təzminat agentliyinin yaradılması haqqında qanun layihəsini imzalayıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə ştatın saytında məlumat verilib.

Qanunvericilər hesab ediblər ki, bu addım institusional və iqtisadi bərabərliyə nail olmağa yönəlmiş davamlı mexanizmlərin qurulmasına yol açmalıdır.

Nyu-Yorkdakı Kolumbiya Universiteti bu yaxınlarda yəhudi işçilərinin ayrı-seçkilik qurbanı olduqlarına görə təzminat ödəyəcəyini açıqlayıb.

ABŞ prezidenti Donald Trampın dediyinə görə, onun administrasiyası ayrı-seçkilik qurbanlarına 20 milyon dollar təzminat və ondan 10 dəfə - 200 milyon dollar məbləğində cərimə ödəməyə razı olan universitetlə tarixi razılaşma əldə edib.

Chosen
19
7
olke.az

8Sources