EN

HƏMAS Qəzzada atəşkəs sazişinin imzalanması mərasiminə qatılmayacaq

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında planlaşdırılan atəşkəs sazişinin imzalanması mərasimində iştirak etməyəcəyini açıqlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə məlumatı HƏMAS-ın siyasi büro üzvü Hussam Badran "Le Figaro" nəşrinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, təşkilat sülh danışıqlarında birbaşa iştirak etməyəcək və prosesin idarəsində Qətər, Misir və Türkiyədəki vasitəçilərə güvənəcək.

Qeyd edək ki, oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində Qəzza zolağında atəşkəslə bağlı beynəlxalq "sülh sammiti"nin keçirilməsi planlaşdırılır.

Chosen
7
far.az

1Sources