EN

“Nottingem Forest” Angelos Postekoglounu istefaya göndərə bilər

Klubun sahibi Evangelos Marinakis baş məşqçi Angelos Postekoglounun istefasını nəzərdən keçirir.

Day.Az xəbər verir ki, Postekoğlu sentyabrın 9-dan Nunu Espiritu Santunu əvəz edərək komandaya rəhbərlik edir. "Nottingem Forest" onun rəhbərliyi altında keçirdiyi yeddi oyunda iki heç-heçə, beş məğlubiyyət qeydə alıb.

 

Mənbələr bildirir ki, son iş yeri "Everton" olan Şon Dayş yeni baş məşqçi üçün əsas namizəddir. Həmçinin "Fulhem"dən Marko Silva və "Brondby"dən Stiv Kuper də iddialılar sırasındadır.

Qeyd olunur ki, Postekoğlunun taleyi oktyabrın 18-də Premyer Liqada "Çelsi" ilə keçiriləcək oyunla müəyyənləşə bilər.

Chosen
5
1
day.az

2Sources