Perunun paytaxtı Lima şəhərində cüdo üzrə Qran-pri turniri start götürüb.
Day.Az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan cüdoçuları bir gümüş və üç bürünc medal əldə ediblər.
Könül Əliyeva (-48 kq) üçüncü yer uğrunda görüşdə portuqaliyalı Katarina Kostoya vaza-ari xalı ilə qalib gələrək bürünc medal qazanıb.
Əhməd Yusifov (-48 kq) finalda israilli İshak Aşpizə (0:1) məğlub olaraq gümüş medal əldə edib.
Ruslan Paşayev (-66 kq) braziliyalı Robert Limanı, Rəşad Yelkiyev (-66 kq) isə ukraynalı Mikita Qoloborodkonu məğlub edərək hər ikisi bürünc medal qazanıblar.
Beləliklə, Azərbaycan komandası Qran-prinin ilk gününü dörd medalla - bir gümüş və üç bürünc medalla başa vurub.