İsraildə səfərdə olan ABŞ prezidentinin nümayəndəsi Stiv Uitkoff və Donald Trampın keçmiş müşaviri Cared Kuşner Tel-Əvivin Hatufim meydanında keçirilən mitinqdə iştirak ediblər.
Azreform.info xəbər verir ki, mitinqə on minlərlə israilli qatılıb.
Uitkoff və Kuşner meydana gələndə onları alqışlarla, "Sağ olun!" şuarı ilə qarşılayıblar.
Uitkof onu qarşılayanlara deyib: "Mən bu axşamı səbirsizliklə gözləyirdim. Kaş Prezident Tramp bunu görmək üçün burada ola bilsəydi. O, bunu çox istərdi".