EN

Bəhram Rəcəbzadə məğlub oldu və karyerasını bitirdi

Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə “Glory” döyüş gecəsi çərçivəsində növbəti qarşılaşmasına çıxıb.

İdman.Biz bildirir ki, o, mərakeşli Tarik Xbabezlə qarşılaşıb.

Qarşılaşma mərakeşli döyüşçünün qələbəsi ilə qurtarıb. Bununla, Xbabez yüngül ağır çəkidə yeni çempion olub.

Döyüşün ardından təmsilçimiz karyerasını bitirdiyini bildirib.

Qeyd edək ki, Bəhram indiyədək 72 qələbə, 5 məğlubiyyət və 64 nokautluq göstəriciyə sahib idi.

İdman.Biz

Chosen
37
idman.biz

1Sources