EN

“Antalyaspor”un yeni baş məşqçisi bəlli oldu

Türkiyənin “Antalyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

"Unikal" xəbər verir ki, Super Liqa təmsilçisi təcrübəli mütəxəssis Erol Bulutla razılığa gəlib.

50 yaşlı çalışdırıcı bu vəzifədə komandadan ayrılan Emre Belözoğlunu əvəz edib.

Qeyd edək ki, türk mütəxəssis bundan əvvəl “Yeni Malatyaspor”, “Alanyaspor”, “Fənərbaxça”, “Qaziantep FK” və “Kardiff Siti” kimi komandaları çalışdırıb.

Chosen
20
unikal.az

1Sources