EN

Sabah bu ərazilərdə İŞIQ OLMAYACAQ

Naxçıvan Muxtar Respublikasının "Elektroenergetika konsepsiyası" üzrə "Azərenerji" ASC-nin təsdiq etdiyi 2025-ci ildə nəzərdə tutulan işlər çərçivəsində yeni tikilən 132 kV-luq "Culfa" elektrik verilişi xəttinin məftilinin çəkilməsi zamanı təhlükəsizlik tədbirləri məqsədilə 132/110/10 kilovoltluq "Culfa" yarımstansiyasından qidalanan 2 və 5 saylı 10 kilovoltluq hava elektrik verilişi xətləri razılaşdırılmış sifarişə əsasən açılacaq.

“Azərişıq” ASC-nin Naxçıvan RETSİ-dən Bizim.Media-ya verilən məlumata görə, bununla əlaqədar Culfa rayonunun Dizə, Gülüstan kəndlərində və Yaycı kəndinin bir hissəsində 13 oktyabr tarixində saat 09:00-dan 10:00-a qədər fasilə yaranacaq.

Bizim.Media

Chosen
15
25
bizim.media

10Sources