EN

Ağdamda qəza - Xəsarət alanlar var

Ağdamda baş verən qəzada 3 nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, yol nəqliyyat hadisəsi Hindarx- Borsunlu şossesinin rayonun Quzanlı qəsəbəsi ərazisində baş verib.

Hərəkətdə olan iki avtomobil - "VAZ 2106" və "Lada Xəzər" hərəkətdə olarkən daşla dolu "KamAZ" markalı yük avtomobilinə çırpılıb.

Qəza zamanı xəsarət alan 3 nəfər Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (Teleqraf.com)

Chosen
96
1
news24.az

2Sources