EN

Ağdamda baş verən qəzada üç nəfər xəsarət alıb

Ağdamda baş verən qəzada3 nəfər xəsarət alıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yol nəqliyyat hadisəsi Hindarx Borsunlu avtomobil yolunun rayonun Quzanlı qəsəbəsi ərazisində baş verib. Hərəkətdə olan iki avtomobil"VAZ"2106 və "Lada Xəzər" hərəkətdə olarkən daşla dolu "KamAZ"markalı yük avtomobilinə çırpılıb.
Qəza zamanı xəsarət alan 3 nəfər Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır

Chosen
41
7
teleqraf.com

10Sources