BAKI, 11 oktyabr. TELEQRAF
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, Filippin sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə seysmoloji mərkəz məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 309 min nəfər əhalisi olan Butuan şəhərindən (Mindanao adası) 94 km şərqdə yerləşib. Zəlzələnin ocağı 59 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.