Filippin sahillərində növbəti dəfə 6 bal gücündə zəlzələ baş verib.
Manset.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 309 min əhalisi olan Butuan şəhərindən 94 kilometr şərqdə yerləşib. Zəlzələnin ocağı 59 kilometr dərinlikdə qeydə alınıb.