EN

Məşhur italiyalı professor Moskvada müəmmalı şəkildə öldü

"Alfaschool" onlayn məktəbinin yaradıcısı italyan professor Alfonso Torello Moskvanın Lefortovo rayonunda ölü tapılıb.

Publika.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. "MK.ru" nəşrinin məlumatına görə, 53 yaşlı italiyalının meyiti gecə yarısı 2-ci Siniçkina küçəsindəki binanın həyətində tapılıb: "Hazırda meyidin tapıldığı ərazidə çoxlu qan izləri var".

KİV-in məlumatına görə, Torello ailəsi ilə birlikdə Lefortovoda yaşayırmış. Yaxınlarının dediyinə görə, onun bir qızı var. Ölümlə bağlı ilkin səbəblər kimi intihar və ya bədbəxt hadisə versiyaları irəli sürülür.

Torello özünü professor, "Universita Popolare di Torino" da daxil olmaqla bir neçə universitetin məzunu kimi təqdim edirdi. O, bir neçə il Moskvada işləyib və özünəməxsus metodologiyası ilə öz məktəbinin əsasını qoymuşdur. Torello Rusiyanın Ukraynada başlatdığı müharibəni fəal şəkildə dəstəkləyirdi.

Chosen
19
38
publika.az

10Sources