EN

Misir və ABŞ Şarm əş-Şeyx sammitinə hazırlıqları müzakirə edib

Qahirə, 11 oktyabr, AZƏRTAC

Misirin xarici işlər naziri Bədr Əbdülati ilə ABŞ Dövlət katibi Marko Rubio arasında baş tutmuş telefon danışığında Qəzzada son vəziyyət, müharibənin dayandırılması üçün səylər və problemin həlli istiqamətində Misir və ABŞ prezidentləri arasında koordinasiya məsələləri, eləcə də Qəzzada atəşkəs razılığının birinci mərhələsinin yerinə yetirilməsi müzakirə edilib.

AZƏRTAC Misir XİN-ə istinadla xəbər verir ki, tərəflər, həmçinin Misir Prezidenti Əbdülfəttah əs-Sisinin və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilməsi planlaşdırılan Şarm əş-Şeyx sammitinə hazırlıq məsələlərini ətraflı müzakirə ediblər.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Chosen
47
1
azertag.az

2Sources