Dadına və qida dəyərlərinin çoxluğuna görə əhəmiyyətli meyvələrdən biri də banandır.
Lif baxımından zəngin olan bu meyvə insan əhval-ruhiyyəsinə də müsbət təsir edir.
"Cebheinfo.az” bananın 7 faydasını təqdim edir:
*Banan kaliumla zəngin meyvədir. Kalium da bədəndəki maye balansını tənzimləməyə və qan təzyiqini idarə etməyə kömək edir.
*Liflə zəngin olan banan həzm sisteminin sağlamlığını dəstəkləyir. Nəzərə almaq lazımdır ki, lif həzm prosesini tənzimləyir və qəbizlik riskini azaldır.
*Banan C vitamini və B6 vitamini kimi vacib vitaminlərin də əsas mənbəyidir. Qeyd edək ki, C vitamini immunitet sistemini gücləndirir, B6 vitamini isə maddələr mübadiləsini dəstəkləyir və sinir sisteminin sağlamlığını qoruyur.
*Həmçinin, banan təbii yüksək karbohidrat tərkibi sayəsində asan həzm olunan enerji mənbəyidir. Xüsusilə, idmançılar və idman edənlər üçün ideal qidadır.
*Sözügedən meyvə qan şəkərini nəzarət altında saxlamağa kömək edir.
*Tərkibindəki kalium və maqnezium sayəsində bir çox əzələ problemlərinin qarşısını alır.
*Bananın tərkibində triptofan adlı amin turşusu var. Triptofan isə bədəndə xoşbəxtlik hissi yaradan serotonin hormonunun istehsalına kömək edir. Yəni banan əhval-ruhiyyəni də yaxşılaşdıra bilir.
"Cebheinfo.az"