EN

Xankəndi nin məşqçisi: Futbolçuların xarakter göstərməsi məndəki həyəcanı apardı

sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Futbolçularımı təbrik edirəm. Xarakter göstərdilər. Havanın yağışlı olması səbəbi ilə meydança sürüşkən idi. Bu, bizə problemlər yaratdı". Bu sözləri Sport24.az-a açıqlamasında "Xankəndi"nin məşqçisi Ceyhun Cavadov deyib.Gənc məşqçi ötən gün Azərbaycan kubokunun I təsnifat mərhələsində "Quba" ilə baş tutan görüşü belə dəyərləndirib:"Şükür ki, hesabda geri olmağımıza baxmayaraq, sonda qələbə qazana bildik. İki fərqli hissə oldu. Heyətdə rotasiyalar etmişdik. Çempionatda oynamayan futbolçuların fiziki durumu hazır saxlamaq üçün şans verdik. Start heyətdə meydana çıxan futbolçuların zəif oynadığını deyə bilmərəm. Sadəcə bu mövsüm oyun oynamayıblar deyə, bizə problem yaratdılar. İkinci hissədə edilən dəyişikliklərdən sonra oyunu çevirə bildik. Baş məşqçimiz İbrahim Uzuncanın müəyyən səbəblərdən bizimlə olmamasına görə komandanı meydana mən çıxartmışdım. Gizlətməyəcəm, həyəcan var idi. Futbolçuların xarakter göstərməsi məndəki həyəcanı apardı. Kubokda növbəti rəqibimiz "Difai"dir. Hələ ki, bu matç barədə düşünmürük. Bizi çempionatın növbəti turunda "Qaradağ Lökbatan"la ağır oyun gözləyir. Çempionluq yolunda önəmli oyunlardan biridir".Qeyd edək ki, səfərdə keçirdiyi görüşdə "Xankəndi" 1:2 hesablı qələbə qazanaraq II təsnifat mərhələsinə vəsiqəni təmin edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
sport24.az

1Sources