EN

Nazir Rəşad Nəbiyev Aİ nin Genişlənmə üzrə komissarı Marta Kos ilə görüşüb

ain.az bildirir, Xalq qazeti portalına istinadən.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Brüsseldə Avropa İttifaqının (Aİ) Genişlənmə üzrə komissarı Marta Kos ilə görüşüb.

XQ xəbər verir ki, görüşdə Zəngəzur dəhlizinin gələcək perspektivləri, eləcə də Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafına Aİ-nin mümkün dəstəyi müzakirə edilib. Nazir Rəşad Nəbiyev Azərbaycan tərəfindən bu istiqamətdə həyata keçirilən strateji əhəmiyyətli layihələr barədə ətraflı məlumat verib.

Həmçinin həmin layihələrdə Aİ-nin potensial iştirak imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüş zamanı nəqliyyat, rəqəmsallaşma, innovasiyalar və İKT sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri də diqqət mərkəzində olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
2
xalqqazeti.az

10Sources