EN

"Səni axtarıram" da şok: Axtarılan ata məmur oğlu imiş

ARB kanalında yayımlanan Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni Axtarıram" verilişində hər kəsi şoka salan hadisə yaşanıb. Dilbər Eyyubova canlı efirdə uşağının atasının axtarışına çıxıb.

News24.az xəbər verir ki, Dilbər Eyyubovanın axtardığı şəxsin adı Nicat Əsədovdur. O, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Basqal qəsəbəsi üzrə nümayəndəsi Novruz Əsədovun oğludur.

Nicat Əsədov hazırda nişanlıdır və noyabrın 9-da İsmayıllıda dəbdəbəli toy mərasimi keçirilməsi planlaşdırılır. Bu hadisə rayonda böyük rezonansa səbəb olub. (Manşet.az) 


Chosen
68
9
news24.az

10Sources