EN

Ukrayna və Böyük Britaniya hərbi əməkdaşlığı genişləndirir

BAKI, 11 oktyabr. TELEQRAF

Ukrayna və Böyük Britaniya hərbi sahədə əməkdaşlığın genişləndirilməsi üzrə sənəd imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Denis Şmıqal bildirib.

Onun sözlərinə görə, sənəd tərəflərin müdafiə texnologiyalarını birgə inkişaf etdirmək və tətbiqini genişləndirmək niyyətini müəyyən edir:

"Proqram çərçivəsində birgə layihələri koordinasiya edəcək işçi qrupun yaradılması nəzərdə tutulub. Sənəddə həmçinin birgə artilleriya istehsalı da planlaşdırılır".

Chosen
47
teleqraf.com

1Sources