EN

İsrail ordusu Livanın cənubundakı Hizbullah infrastrukturunu bombalayıb: Ölən var

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

İsrail Livanın cənub ərazilərinə havadan zərbələr endirib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, ərazidə "Hizbullah" hərbiləşdirilmiş hərəkatına aid infrastruktur, həmçinin mücahidlərin öz strukturlarını bərpa etmək üçün istifadə etdiyi mühəndis avadanlıqları var.

"Bu ərazidə avadanlığın və "Hizbullah"ın fəaliyyətinin mövcudluğu İsrail və Livan arasında razılaşmaların pozulması deməkdir", - SAXAL-dan qeyd edilib.

Atışma zamanı bir nəfər həlak olub, daha bir neçə nəfər yaralanıb. Zərbələr Musaylih və Nəccariyə şəhərləri arasına endirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
1
oxu.az

2Sources