BAKI, 11 oktyabr. TELEQRAF
İngiltərənin “Mançester Yunayted" klubunun sabiq futbolçusu Cimmi Nikolson 82 yaşında vəfat edib.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı Mançester təmsilçisinin mətbuat xidməti yayıb.
Keçmiş yarımmüdafiəçi oktyabrın 4-də dünyasını dəyişib.
Qeyd edək ki, “Mançester Yunayted”in yetirməsi olan Cimmi Nikolson 1960-1964-cü illərdə bu klubda çıxış edib. O, “qırmızı şeytanlar”ın heyətində 68 oyuna çıxıb və 6 qol vurub. Şimali İrlandiya millisinin sabiq oyunçusu karyerasının böyük hissəsini “Haddersfild Taun”da keçirib.