“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Cimmi Nikolson vəfat edib.
İngiltərə klubunun mətbuat xidməti məlumatına görə, futbol veteranı 82 yaşında dünyasını dəyişib. “Mançester Yunayted”in yetirməsi olan Nikolson 1960-64-cü illərdə bu klubda çıxış edib.
O, komandada 68 oyuna çıxıb və 6 qol vurub. Nikolson karyerasının böyük hissəsini “Haddersfild Taun”da keçirib və eyni zamanda Şimali İrlandiya yığmasında çıxış edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta