EN

7,8 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edildi

Dreyk boğazında 7,8 bal gücündə zəlzələ baş verib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Bildirilib ki, zəlzələ yer səthinə çox yaxın bir nöqtədə, yerin 10 kilometr dərinliyində baş verib.

İlkin məlumatlara əsasən, insan tələfatı və ya maddi zərər barədə hələlik heç bir məlumat paylaşılmayıb.

Çilidə rəsmilər zəlzələdən dərhal sonra sunami xəbərdarlığı ediblər. Çili hökuməti sahil bölgələrindəki potensial təhlükəyə qarşı vətəndaşlardan dərhal çimərlikləri tərk etmələrini və təhlükəsiz, yüksək ərazilərə keçmələrini tələb edib.

Zəlzələnin güclü və səthi olması səbəbindən bölgədə böyük dalğaların yaranacağı ilə bağlı narahatlıq yaşanır.

Chosen
33
cebheinfo.az

1Sources