EN

““Nobel” almaq üçün gərək hökumətə, quruluşa söyəsən” – Aqil Abbas


“Nobel” almaq üçün gərək başqa cür əsər yazasan, hökumətə, quruluşa söyəsən.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.
Aqil Abbas bildirib ki, Azərbaycan yazıçılarının “Nobel” mükafatına layiq əsərləri var: “Sadəcə “Nobel” başqa məsələdir. Bunlar siyasi şeylərdir. Gərək başqa cür əsər yazasan, hökumətə, quruluşa söyəsən. Niyə “Nobel” mükafatına layiq əsərlərimiz yoxdur ki? Anar, Kamal Abdulla ala bilər, rəhmətlik Elçin Əfəndiyev də, Sabir Əhmədov da ala bilərdi. Burda nə var ki? İndi “Nobel” mükafatı da bir söz olub. Guya “Nobel” mükafatı verilməsə, Sabir Əhmədov yazıçı deyil, ya Elçin, Anar? Düşük söhbətdir...”.
Chosen
10
5
yeniavaz.com

6Sources