AZ

Aqil Abbas: ““Nobel” almaq üçün gərək hökuməti söyəsən”

ain.az, Yenisabah portalına istinadən məlumat yayır.

“Azərbaycan yazıçılarının “Nobel” mükafatına layiq əsərləri var. Sadəcə “Nobel” başqa məsələdir. Bunlar siyasi şeylərdir. Gərək başqa cür əsər yazasan, hökuməti, quruluşu söyəsən”.

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas deyib.

O əlavə edib: "Niyə “Nobel” mükafatına layiq əsərlərimiz yoxdur ki? Anar, Kamal Abdulla ala bilər, rəhmətlik Elçin Əfəndiyev də, Sabir Əhmədov da ala bilərdi. Burda nə var ki?! İndi “Nobel” mükafatı da bir söz olub. Guya “Nobel” mükafatı verilməsə, Sabir Əhmədov yazıçı deyil, ya Elçin, Anar? Düşük söhbətdir. Toyuqlu pizza

Gündəmə gətirəcəklər də, indi “Nobel” mükafatı vaxtıdır. Deyəcəklər ki, niyə Azərbaycan yazıçıları mükafat almır? Azərbaycan yazıçısının Avropada piarını təşkil edən var? Bunların hamısı puldur ey. Gərək, əsər dünya dillərində nəşr oluna. Tənqidçilərə rüşvət verəsən ki, kitabını tərifləsinlər, “ay dədə, qoyma gəldi”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
3
yenisabah.az

4Mənbələr