Azərbaycan U-21 yığmasının üzvü Sadiq Şəfiyev Çexiya ilə matçdan sonra (0:5) Karvina şəhərinə ezam olunan jurnalistlərə açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, gənc futbolçu bunları deyib:

"Oyuna yaxşı başlamışdıq. İşlər istədiyimiz kimi gedirdi. Təəssüflər olsun ki, sonda belə oldu. Artıq növbəti oyunlara köklənmək lazımdır.

Əslində Çexiya çox da güclü deyildi. Sadəcə fərdi səhvlər bu nəticəyə gətirib çıxardı. Bizdən çox da üstün deyildilər. Ancaq səhvlər hesabı belə etdi.

Psixoloji cəhətdən daha yaxşı hazırlaşmalıyıq oyunlara. Bir top buraxmaq dünyanın sonu deyil. Qol buraxdıqsa, iki qol vurmaq üçün çalışmalıyıq. Bunun üçün psixoloji cəhətdən tam olaraqhazır olmalıyıq.

2-3 nəfərdən başqa heç kim klubunda əsas heyətdə oynamır. Qalan uşaqlar da aşağı liqada oynayır. O da ki, bəs etmir. Səviyyə fərqi hiss olunur".

Qeyd: Jurnalistlərin Çexiyaya səfəri AFFA-nın təşkilatçılığı və "Misli"nin dəstəyi ilə həyata keçirilib.