EN

Gürcüstan Prezidenti Avropa liderlərini tənqid edib

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

“Avropa liderləri üçün Gürcüstanın Prezident administrasiyasına basqını qınamaq asan olardı, lakin onlar bunu da etmirlər”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ölkənin İctimai kanalının “Aktual mövzu” proqramına müsahibəsində deyib.

O bildirib ki, Avropa liderləri Prezident sarayına hücumu pisləməklə bağlı tapşırıq almayıblar.

“Onlar baş verənləri qınamalıdırlar, lakin edə bilmirlər. Çünki onlar “dərin dövlət”in bir hissəsidir və qınamaq onların vəzifələrinə daxil deyil”, - prezident söyləyib.

Xatırladaq ki, oktyabrın 4-də Gürcüstanda keçirilmiş bələdiyyə seçkilərinə paralel olaraq müxalif qüvvələr Tbilisidə aksiya təşkil edib. İştirakçılar Prezident sarayına basqına cəhd ediblər və bu zaman iğtişaşlar baş verib. Bu günədək aksiya təşkilatçıları və etirazçılar da daxil olmaqla ümumilikdə 45 nəfər saxlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
2
sherg.az

3Sources