EN

Hərbi zavodda güclü partlayış: Xeyli sayda ölən və itkin düşənlər var – VİDEO

ABŞ-ın Tennessi ştatında hərbi zavodda güclü partlayış baş verib.

Hurriyyet.Az xəbər verir ki, partlayış nəticəsində bir neçə nəfər həlak olub.

ABŞ mediasının məlumatına görə, ölənlərin dəqiq sayı açıqlanmayıb və daha 20 nəfər itkin düşüb.

Partlayış “Accurate Energetic Systems” zavodunda baş verib. Hadisənin səbəbi hələ məlum deyil. Mütəxəssislər davam edən partlayışlar səbəbindən dərhal zavoda daxil ola bilməyiblər.

Polis şerifi Kris Davisin dediyinə görə, bir neçə partlayış qeydə alınıb.

“Accurate Energetic Systems” zavodu partlayıcı maddələr istehsal edir və həm müdafiə, həm də kommersiya tətbiqlərində istifadə olunan yüksək keyfiyyətli enerji məhsulları hazırlayır.

“The Washington Post” xəbər verir ki, şirkət ABŞ ordusuna dinamit, piyada əleyhinə minalar və iri çaplı mərmilər üçün partlayıcı toz da daxil olmaqla müxtəlif növ sursat satıb.//Globalinfo.az  

 

 

Chosen
30
hurriyyet.az

1Sources