EN

Gəncədə 40 yaşlı kişi bıçaqlandı - Qohumu saxlanıldı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 1985-ci il təvəllüdlü Seymur Bağırov mübahisə zəminində kürək nahiyəsindən bıçaq xəsarəti alıb.

Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. İlkin ehtimala görə, o, xalası oğlu tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
25
2
teleqraf.com

10Sources