Gəncədə 40 yaşlı kişi bıçaqlanıb.
“Sitat.info”nun məlumatına görə, 1985-ci il təvəllüdlü Seymur Bağırov mübahisə zəminində kürək nahiyəsindən bıçaq xəsarəti alıb.
Yaralı Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib. İlkin ehtimala görə, hadisəni törətməkdə onun xalası oğlu şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.