2024-cü il oktyabrın 10-dan 2025-ci il oktyabrın 8-dək İran həbsxanalarında 1 537 məhbus edam edilib.
Publika.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə İran İnsan haqları Təşkilatı məlumat yayıb.
Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 86% çoxdur. Məlumata görə edamların 94%-i gizli şəkildə həyata keçirilib.
Qeyd olunan müddət ərzində yetkinlik yaşına çatmamış 3 məhbus və 49 qadın dar ağacından asılıb, 8 məhbus ictimaiyyətin gözü qarşısında edam edilib.