EN

U-21 Çexiyaya böyük hesabla UDUZDU

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, millimiz Karvina şəhərində Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Karvina şəhər stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb

10 oktyabr

Çexiya (U-21) - Azərbaycan (U-21) 5:0

Qol: Lukaş Maşek, 40, 59, 75, Lukas Ambros, 55, Planka, 85

Karvina şəhər stadionu. Saat 20:00

Baş hakim: Yovan Kaçevski

Baş hakimin köməkçiləri: Daniel Vasilevski, Aleksandar Gyorgyeski

Dördüncü hakim: Krumislav Gyorgiev

(Hakimlər briqadası Şimali Makedoniyadandır)

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
37
4
bizim.media

10Sources